Bank Of Baku

Azərbaycanın aparıcı özəl elektrotexnika zavodu fəaliyyətini dayandırıb

Azərbaycanın aparıcı özəl elektrotexnika zavodu fəaliyyətini dayandırıb
# 22 aprel 2009 15:10 (UTC +04:00)
Şirkətlər Qrupunun mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, zavodun fəaliyyətini dayandırması Cənubi Koreyadan xammal idxalında yaranan problemlərlə bağlıdır. Buna görə də 1 ay müddətinə zavodun istehsalı dayandırılıb və müəssisənin 300 nəfər işçisinin yarısı ödənişli, yarısı isə öz hesabına olmaqla 1 aylıq məzuniyyətə göndərilib. Zavodun fəaliyyətini may ayının ortalarında bərpa edəcəyi gözlənilir.
«Evsen» Şirkətlər Qrupunun digər müəssisələrinin fəaliyyətində isə heç bir problem yoxdur.
Xatırladaq ki, «Star» zavodu 2005-ci il aprel ayında fəaliyyətə başlayıb və müəssisənin gündəlik istehsal gücü 350 ədədə çatır. Müəssisədə müxtəlif LCD, Plazma, Pureflat və adi monitorlu «Star» televizorları, müxtəlif tutumlu «Star» soyuducuları (Frost və No-Frost tipli), «Star» paltaryuyan maşınlar (yarı avtomat, avtomat və tam avtomat tipli), «Elite» kondisionerləri istehsal olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR