Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti Xəzərdə yeni dərinsulu platforma tikir

Azərbaycan Dövlət Neft Şirkəti Xəzərdə yeni dərinsulu platforma tikir
# 23 aprel 2009 08:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) «Günəşli» və «Neft Daşları» yataqları arasında yerləşən 5 nömrəli perspektiv blokda yeni - 2585 nömrəli dərinsulu platforma tikir. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
İndiyədək neft hasil edilməmiş bu blokda quraşdırılacaq platformada 12 quyunun qazılması nəzərdə tutulur.
Platformanın 4 dayaq blokunun hər birinin hündürlüyü 64 metr, çəkisi 600 tondur. İnşa işlərinə paralel aparılan layihə-smeta sənədləşmə işlərini «Neftqazlayihə» İnstitutu aparır. Platformanın sifarişçisi «Neft Daşları» NQÇİ, baş podratçısı isə «Neftqaztikinti» Trestidir.
Qeyd edək ki, «Neft Daşları» və «Palçıq Pilpiləsi» yataqlarında 30 mln. tonadək qalıq çıxarılabilən neft ehtiyatı mövcuddur. ARDNŞ tərəfindən 2010-cu ilədək burada 78 quyunun qazılması üçün bir neçə yeni platforma inşa olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR