Bank Of Baku

Azərbaycan Aşqabadda keçirilən beynəlxalq enerji konfransında iştirak edir

Azərbaycan Aşqabadda keçirilən beynəlxalq enerji konfransında iştirak edir
# 23 aprel 2009 09:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Aşqabadda (Türkmənistan) «Enerji daşıyıcılarının etibarlı tranzitinin beynəlxalq əməkdaşlıq və davamlı inkişafda rolu» mövzusunda beynəlxalq konfrans işə başlayıb. «APA-Economics»in məlumatına görə, konfransda enerji dəhlizlərinin diversifikasiyası, Türkmənistan qazının müxtəlif marşrutlar vasitəsi ilə tranziti və s. məsələlər müzakirə olunacaq.
Konfransda MDB ölkələri ilə yanaşı BMT, ATƏT, Şanxay Əməkdaşlıq Təşkilatının nümayəndələri, böyük qaz şirkətlərinin rəhbərləri iştirak edirlər.
Azərbaycanı tədbirdə ARDNŞ prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Konfrans işini aprelin 24-də yekunlaşdıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR