Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar-mart aylarında ÜDM 371,4 mln. manat artaraq 6,7 mlrd. manata çatıb.
Əlavə dəyərin 38,5%-i neft-qaz sektorunda, 52,6%-i iqtisadiyyatın qeyri-neft sahələrində yaradılıb, məhsula və idxala xalis vergilər isə ÜDM-in 8,9%-ni təşkil edib.
Cari ilin ilk üç ayı ərzində sənayedə 2,9 mlrd. manatlıq, yaxud ÜDM-in 42,6%-i qədər, kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında 167,6 mln. manatlıq (müvafiq olaraq 2,5%), tikintidə 920 mln. manatlıq (13,6%), nəqliyyatda 617,8 mln. manatlıq (9,2%), rabitədə 132,5 mln. manatlıq (2%), topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri üzrə xidmətlər sahəsində 575,8 mln. manatlıq (8,5%), mehmanxana və restoranlarda xidmət sahəsində 104,4 mln. manatlıq (1,5%), sosial və digər xidmətlər sahəsində 753,1 mln. manatlıq (11,2%) əlavə dəyər yaradılıb.
Bu ilin I rübündə ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 2,9% artıb və 782 manat (971,5 ABŞ dolları) təşkil edib.