Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 40,7% azalıb.
Hesabat dövründə istehsalın 89,3%-i malların, 10,7%-i isə sənaye xarakterli xidmətlərin payına düşüb. Sənaye məhsulunun 25,6%-i dövlət müəssisələrində, 74,4%-i isə özəl bölmədə istehsal edilib. Sənaye məhsulu istehsalının 65,8%-ni həyata keçirən mədənçıxarma bölməsində məhsul buraxılışı və xidmətlərinin göstərilməsi 2,2%, 25,4%-lik paya malik olan emal bölməsində 7,1% azalıb, elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində isə 4,5% artıb.
Bundan başqa, sənaye sektorunda fəaliyyət göstərən səhmdar cəmiyyətləri tərəfindən 154,9 mln. manatlıq və ya ümumi buraxılışın 5,8%-i qədər sənaye məhsulu istehsal olunub və xidmətlər göstərilməklə ötən ilin eyni dövrü ilə müqayisədə 9,8% artıb.
Hesabat dövründə ölkənin mədənçıxarma bölməsində 11,4 mln. ton neft hasil olunub ki, ötən ilin analoji dövrü ilə müqayisədə hasilat 2,5% azalıb. Bundan başqa, yanvar-mart aylarında mənəçıxarma sənayesində 4,7 mlrd. kubmetr qaz hasil olunub ki, hasilat 20,5% artıb. Hesabat dövründə digər faydalı qazıntılar istehsalı 64,5% artıb.
Sənaye istehsalının sahə quruluşu
C – Mədənçıxarma sənayesi;
D – Emal sənayesi;
E – Elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi.