Bank Of Baku

Azərbaycan Sankt-Peterburqda keçiriləcək beynəlxalq hərbi dəniz texnologiyaları sərgisində iştirak edəcək

Azərbaycan Sankt-Peterburqda keçiriləcək beynəlxalq hərbi dəniz texnologiyaları sərgisində iştirak edəcək
# 23 aprel 2009 14:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinə məxsus «Sənayecihaz» Elmi İstehsalat Müəssisəsi iyunun 24-dən 28-dək Sankt-Peterburqda təşkil olunacaq «İMDS-2009» sərgisində iştirak edəcək. Bu barədə «APA-Economics»ə sərginin təşkilat komitəsindən məlumat verilib.
Əsasən hərbi dənizçilik texnologiyalarını əhatə edən bu sərgidə döyüş gəmiləri və katerlər, sualtı qayıq modelləri, donanmada istifadə olunan silahlar, yeni dəniz texnologiyaları, döyüş idarəetmə sistemləri, rabitə vasitələri, radioelektronika, hidroakustik silahlar, avtomatlaşdırılmış idarəetmə sistemləri, dəniz aviasiyası və s. nümayiş olunacaq.
Sərgi çərçivəsində yeni nəsil texnologiyalara, dəniz artilleriya sistemlərinə həsr olunmuş seminarlar, informasiya texnologiyaları və gəmiqayırma sənayesinə həsr olunmuş X Beynəlxalq «Morintex-praktik» adlı konfrans keçiriləcək.
Qeyd edək ki, «Sənayecihaz» EİM mülki və hərbi gəmiqayırma, aviasiya və raket texnikası, kommunal təsərrüfat, atom-elektrik stansiyaları və istilik elektrik mərkəzləri üçün müxtəlif cihazlar, «Uran-3», «UDU-15-150», «UVP-40» və «UVP-100» markalı dozatorlar və s. istehsal edir. Müəssisədə istehsal edilmiş məhsulların 20%-ə qədəri ixrac olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR