Bank Of Baku

Sofiyada «Avropa ölkələrinə təbii qaz: təhlükəsizlik və tərəfdaşlıq» mövzusunda sammit başlayıb

Sofiyada «Avropa ölkələrinə təbii qaz: təhlükəsizlik və tərəfdaşlıq» mövzusunda sammit başlayıb
# 24 aprel 2009 07:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Sofiya şəhərində (Bolqarıstan) «Avropa ölkələrinə təbii qaz: təhlükəsizlik və tərəfdaşlıq» mövzusunda sammit işə başlayıb. Bu barədə «APA-Economics»ə Azərbaycanın Sənaye və Energetika Nazirliyindən məlumat verilib.
Tədbirdə Azərbaycanı sənaye və energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
İki gün davam edəcək sammitdə 9 ölkənin prezidenti və yüksək nümayəndə heyətləri iştirak edəcək. Zirvə görüşündə Avropada enerji təhlükəsizliyi məsələləri geniş müzakirə ediləcək, həmçinin «Nabucco» layihəsinin iştirakçı dövlətləri ilə tranzit ölkələr arasında «Dəhliz Anlaşması»nın imzalanması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR