Bank Of Baku

Aşqabadda enerji daşıyıcılarının etibarlı daşınması mövzusunda beynəlxalq konfrans keçirilir

Aşqabadda enerji daşıyıcılarının etibarlı daşınması mövzusunda beynəlxalq konfrans keçirilir
# 24 aprel 2009 10:46 (UTC +04:00)
Aşqabad. Ləman Ağayeva - APA. Aşqabadda (Türkmənistan) «Beynəlxalq əməkdaşlığın inkişafında enerji daşıyıcılarının etibarlı və sabit daşınmasının rolu» mövzusunda beynəlxalq konfrans başlayıb. APA-nın Qazaxıstandakı müxbirinin verdiyi məlumata görə, konfransın açılış mərasimində Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov iştirak edib.
BMT, ATƏT və digər beynəlxalq təşkilatların nümayəndələri, həmçinin xarici dövlətlərin 100-dən artıq neft-qaz şirkətlərinin rəhbərləri də iştirak edir. Azərbaycanı isə toplantıda Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
Konfransda vurğulanıb ki, 2030-cu ilədək Türkmənistanın Neft-qaz sənayesinin inkişafı Proqramının hazırlanması və bu il neft istehsalının 110 mln. ton, təbii qaz istehsalının isə 250 mlrd. kubmetr həddinə çatdırılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR