Bank Of Baku

«Azerbaijan İnternational Mineral Resources» əməliyyat şirkəti bu il qızıl hasilatına başlayacaq

«Azerbaijan İnternational Mineral Resources» əməliyyat şirkəti bu il qızıl hasilatına başlayacaq
# 24 aprel 2009 11:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azerbaijan İnternational Mineral Resources Operating Company Ltd.» şirkətinin «Çovdar» filiz yatağında kəşfiyyat işləri müsbət nəticələr verib. «APA-Economics»in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.
H.Bağırovun sözlərinə görə, indiyədək «Çovdar» yatağında kəşfiyyat işlərinin aparılmasına 30 mln. ABŞ dolları sərmayə yatırılıb. Konsorsium ilin sonuna «Çovdar»da işlərə başlamağı planlaşdırır.
«Yatağın 250 metrə yaxın ən məhsuldar hissəsində aparılan kəşfiyyat işləri nəticəsində orada 10 tondan artıq qızılın olduğu proqnozlaşdırılır. Şirkət bu sahənin inkişafına ümumilikdə 50 mln. dollar yatırmaq niyyətindədir», - deyə nazir vurğulayıb.
Konsorsium «Çovdar»da 1 ton filizdən 2-4 qram, nazirlik isə bundan bir qədər çox qızıl alınacağını proqnozlaşdırır.
Qeyd edək ki, «Çovdar» filiz sahəsində geoloji kəşfiyyat quyuqazma işlərini «Russkaya Burovaya Kompaniya» MMC aparır.
«Azerbaijan İnternational Mineral Resources Operating Company Ltd.» konsorsiumu «Qarabağ», «Çovdar», «Göydağ», «Dağ Kəsəmən» yataqları, habelə «Köhnə mədən» sahəsi və «Kürəkçay» hövzəsinin istismarını həyata keçirəcək. Azərbaycan hökuməti ilə 2006-cı ilin dekabrın 30-da imzalanmış 30 illik müqavilənin şərtlərinə görə, Azərbaycan 30%, korsiumu təsis edən 5 xarici şirkət («Londex Resources S.A.», «Will and Meyris S.A.», «Fargate Mining Corporation», «Globex İnternational LLP» və «Mitsui Development Engineering Co. Ltd.») isə 70%-lik paya malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR