Bank Of Baku

«SOCAR-Petkim» Holdinqi Türkiyədə peşə liseyi inşa etdirəcək

«SOCAR-Petkim» Holdinqi Türkiyədə peşə liseyi inşa etdirəcək
# 24 aprel 2009 14:26 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «SOCAR-Petkim» Neft-Kimya Holdinqi Təhsilə Dəstək Proqramı çərçivəsində İzmirin (Türkiyə) Əliağa bölgəsində texniki və sənaye təmayüllü peşə liseyi inşa etdirəcək. Bu barədə «APA-Economics» «Anadolu» agentliyinə istinadən məlumat verib.
Bununla bağlı aprelin 24-də İzmir valisi Cahid Quraq və «Petkim»in baş direktoru Kənan Yavuz protokol imzalayıblar.
K.Yavuz bildirib ki, qısa müddətdə inşa olunacaq lisey iş zəmanətli olacaq. Burada oxuyan şagirdlər «Petkim»də təcrübə qazanacaq, məktəbi bitdikdən sonra istəsələr şirkətdə çalışa biləcəklər.
Heydər Əliyevin adını daşıyacaq məktəb 24 dərs otağı, 300 şagird tutumlu pansion, 10 mənzil və idman zalından ibarət olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR