Bank Of Baku

Rövnəq Abdullayev Türkmənistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Rövnəq Abdullayev Türkmənistanda keçirilən beynəlxalq konfransda çıxış edib
# 25 aprel 2009 09:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 24-də Türkmənistanın paytaxtı Aşqabadda Türkmənistan prezidentinin təşəbbüsü, BMT-nin himayəsi altında “Enerji daşıyıcılarının etibarlı və sabit tranziti, bunun beynəlxalq əməkdaşlıq və inkişafdakı rolu” mövzusunda beynəlxalq konfrans başlayıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanı konfransda ARDNŞ prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun açılış nitqi ilə başlayan toplantıda çıxış edən R. Abdullayev Azərbaycanın regionda enerji təhlükəsizliyi sahəsində gördüyü işlər və qarşıda duran vəzifələrdən danışıb. O, Azərbaycanın həmişə neft və qazın nəqli marşrutları baxımından çoxvariantlığa üstünlük verdiyini deyib. R. Abdullayev dövlətlərarası tərəfdaşlığın perspektivli istiqamətləri kimi Xəzər hövzəsində hasil olunan təbii qazın Cənub enerji dəhlizi konsepsiyası çərçivəsində Avropaya nəqli imkanlarına toxunaraq bildirib ki, Azərbaycan həm Avropa Komissiyası, həm də maraqlı ölkələr və şirkətlərlə qazın etibarlı, uzunmüddətli tranziti, son istehlak bazarına birbaşa nəqli və kommersiya baxımından rentabelliyi nöqteyi-nəzərindən ən səmərəli marşrutların müəyyən olunması istiqamətində fəal iş aparır.

R. Abdullayev Q. Berdıməhəmmədovun qəbulunda da olub. Azərbaycan və Türkmənistan arasında tarixən mövcud olan qonşuluq və dostluq münasibətlərinin son illər keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayan R. Abdullayev Azərbaycan prezidenti İlham Əliyevin səmimi salamlarını Türkmənistan dövlətinin başçısına çatdırıb. Görüşdə Azərbaycan və Türkmənistan arasında neft-qaz sektorunda əmkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR