Bank Of Baku

Türkmənistan prezidenti ARDNŞ-in prezidentini qəbul edib

Türkmənistan  prezidenti ARDNŞ-in prezidentini qəbul edib
# 25 aprel 2009 09:57 (UTC +04:00)
Aşqabad. Ləman Ağayeva -APA. Türkmənistan prezidenti Qurbanqulu Berdımuxammedov Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbəri Rövnəq Abdullayevi qəbul edib. APA-nın Orta Asiya bürosunun xəbərinə görə, R. Abdullayev Aşqabadda BMT çərçivəsində keçirilən beynəlxalq energetika konfransının təşkilindən məmnunluğunu bildirərək, bu tədbirin qlobal enerji təhlükəsizliyinə töhfəsini verəcəyini qeyd edib. Azərbaycanın Türkmənistana dəstək verməyə hazır olduğunu deyən ARDNŞ prezidenti konfransın nəticələrinin bütövlükdə dünya enerji məkanında birgə əməkdaşlığa yeni üfüqlər açdığını vurğulayıb.

Öz növbəsində Q.Berdımuxammedov Türkmənistanın Azərbaycanla bütün sahələrdə əməkdaşlığa hər zaman hazır olduğunu bildirib.

Danışıqlar zamanı tərəflər enerji ve yanacağ sektorunda hər iki ölkənin iqtisadi strateqiyasına daxil olan məsələləri müzakirə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR