Bank Of Baku

Bakı-Ceyhan kəməri ilə neftin ixracı 1,1% azalıb

Bakı-Ceyhan kəməri ilə neftin ixracı 1,1% azalıb
# 27 aprel 2009 07:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda magistral neft kəmərləri vasitəsi ilə 11,7 mln. ton neft nəql edilib ki, ötən ilin analoji dövrü ilə müqayisədə neftin nəqli 0,8% azalıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin 73,4%-i Bakı-Tiflis-Ceyhan (BTC) ixrac kəməri ilə həyata keçirilib və ötən aylar ərzində bu kəmər vasitəsilə Bakıdan 8,7 mln. ton və ya 1,1% az neft ötürülüb. Qeyd edək ki, cari ilin ilk rübü ərzində BTC kəməri ilə 454,1 min ton Qazaxıstan nefti ötürülüb.
Hesabat dövründə ölkənin magistral qaz kəmərləri ilə 4,7 mlrd. kubmetr və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 28,2% çox qaz nəql edilib. Nəql edilmiş qazın 33,7%-i Bakı-Tiflis-Ərzurum boru kəməri vasitəsilə həyata keçirilib, bu kəmərdən istifadə etməklə 1,6 mlrd. kubmetr qaz ötürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR