Bank Of Baku

OPEC təşkilata üzv olmayan ölkələrdən dəstək gözləyir

OPEC təşkilata üzv olmayan ölkələrdən dəstək gözləyir
# 27 aprel 2009 10:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Hazırda dünya bazarında müşahidə olunan neft qiymətləri (təxminən 50 dollar/barel) Neft İxracatçısı Ölkələri Təşkilatına (OPEC) üzv olan dövlətlər tərəfindən hasilata investisiya yatırmaq üçün yetərli deyil. OPEC hesab edir ki, qiyməti artırmaq üçün təşkilata üzv olmayan ölkələr, o cümlədən Rusiya hasilatı azaltmalıdır. «APA-Economics»in məlumatına görə, bu fikri OPEC-in baş katibi Abdulla Səlim əl-Bədri səsləndirib.
OPEC tərəfindən gələcəkdə neft hasilatının yenidən azaldılması məsələsinə toxunaraq təşkilatın baş katibi vurğulayıb ki, «Bu, iqtisadiyyatın vəziyyətindən asılı olacaq, lakin əgər biz problemlərlə üzləşsək, OPEC bazarın sabitləşməsi üçün zəruri qərarları şübhə etmədən qəbul edəcək». Xatırladaq ki, OPEC-in növbəti iclasının mayın 28-də keçirilməsi nəzərdə tutulub.
A.S.əl-Bədri OPEC-in hazırkı qiymətdən narazı olduğunu qeyd edərək vurğulayıb ki, 70 dollardan yuxarı olan qiymət neft sənayesinə investisiyaları artıracaq. Neftin qiymətinin aşağı olması ilə əlaqədar, OPEC artıq 165 başlanmış layihələrinin 35-ni dondurub və bununla da hasilata sərmayələrini kəskin azaldıb.
Bununla belə, OPEC-in baş katibi təşkilata üzv olmayan ölkələrin hasilatı azaldacaqları və bununla bazarın sabitləşməsinə dəstək olacaqlarına ümid etdiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR