Bank Of Baku

«RusEnergy»: Türkmənistanın bəyanatları «Nabucco» layihəsinin beynəlxalq mövqelərini möhkəmləndirib

«RusEnergy»: Türkmənistanın bəyanatları «Nabucco» layihəsinin beynəlxalq mövqelərini möhkəmləndirib
# 27 aprel 2009 11:10 (UTC +04:00)
Moskva. Roman Ağayev – APA. Türkmənistanın hakim dairələrinin son bəyanatları «Nabucco» layihəsinin beynəlxalq mövqelərini daha da möhkəmləndirib. Bu barədə APA-nın Moskvadakı müxbirinə verdiyi eksklüziv açıqlamasında Rusiyanın «RusEnergy» informasiya agentliyinin Xəzər bölgəsi üzrə redaktoru, tanınmış iqtisadçı-analitik İqor İvaxnenko bildirib.

Ekspertin sözlərinə görə, «Nabucco»ya əvvəl göstərilən maraq şərti olsa belə, Türkmənistanda ötən həftə keçirilən beynəlxalq konfransdan sonra bu layihənin perspektivləri reallaşmağa başlayır. Onun fikrincə, Türkmənistan rəhbərliyinin «Nabucco»ya marağı artmaqdadır və bu layihə həmin ölkə üçün Avropadakı qaz istehlakçılara birbaşa çıxışın təminatçısı kimi səciyyələnə bilər. Eyni zamanda, İ.İvaxnenko hesab edir ki, «Nabucco» türkmənlərin Avrasiyanın enerji siyasətində daha böyük rol oynamasına xidmət edir: «Əlbəttə, bütün bunlar Rusiyanın maraqlarına ziddir, çünki Moskva Orta Asiya bölgəsindən, o cümlədən Türkmənistandan karbohidrogenlərin ixracı üzərində nəzarəti itirmək istəmir».

Bu zaman Rusiyanın Türkmənistanda keçirilən konfrans və Bolqarıstanda baş tutan enerji zirvə görüşündən gözlədiyi nəticələr barədə söz açan təhlilçi qeyd edib ki, Moskva türkmən qazının əlavə həcmlərinin Avropaya ötürülməsi sahəsində rəqabət dövrünə addım atıb. «Yaranan vəziyyət eyni zamanda Çinə görə gərginləşir. Çünki Çin yeni onillikdən başlayaraq əvvəl ildə 20 mlrd., sonra isə ən azı 40 mlrd. kubmetr qaz almaq istəyir», - deyə İ.İvaxnenko vurğulayıb.

Aşqabad konfransını siyasi əhəmiyyətli olduğunu bildirən «RusEnergy»nin redaktoru qeyd edib ki, hazırda Türkmənistan Rusiyaya öz «mavi yanacağını» satsa da, konkret olaraq «Qazprom»la onun ciddi müqavilə öhdəlikləri yoxdur. Məhz buna görə, «Nabucco» layihəsinin gerçəkləşməsi nəticəsində Türkmənistanın ixrac potensialı 20 mlrd. kubmetrdən çox arta bilər.

Azərbaycanla bağlı eyni vəziyyəti qiymətləndirərək, İ.İvaxnenko ümid edir ki, ölkəmiz həm «Nabucco» layihəsi çərçivəsində, həm də «Qazprom»la əməkdaşlığı davam etdirməyə müvəffəq olacaq. Onun sözlərinə görə, hazırda «Qazprom»la danışıqlara gedən və prezident Dmitri Medvedevə bu sahədə vəd edən Azərbaycan belə siyasi oyun aparır ki, Türkiyə və Avropa İttifaqı ölkələri ilə qazın ixracı və tranziti məsələlərində mövqelərini məhkəmlətsin. Analitik hesab edir ki, «Qazprom»a vəd olunan qazın ixracı üzrə həcmlər o qədər çox olmayacaq və nəticədə, Azərbaycan Türkiyə ərazisindən keçən Qərb marşrutunu özü üçün əsas variant kimi seçəcək.

Ehtimalların əsası kimi ekspert Azərbaycan neftinin ixrac marşrutlarını xatırladıb. Onun sözlərinə görə, Xəzərdən neftin az həcmi Novorossiysk limanına ixrac olunur, əsas hissəsi isə Bakı-Tiflis-Ceyhan boru kəməri ilə Avropa bazarlarına ötürülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR