Bank Of Baku

Azərbaycan gündə 120 min ton neft hasil edir

Azərbaycan gündə 120 min ton neft hasil edir
# 27 aprel 2009 11:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda Azərbaycanda gündəlik neft hasilatı 120 min ton, ildə isə 50 mln. ton təşkil edir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
X.Yusifzadə vurğulayıb ki, 1999-cu ilə qədər Azərbaycanın neft ixracından gəlirləri əsasən borcların ödənilməsinə yönəldilirdi, lakin həmin ildən başlayaraq ölkə artıq mənfəət nefti əldə edir və neft mənfəəti ilbəil artır.
Həmçinin, X.Yusifzadə Azərbaycanın ildə 20 mln. ton səviyyəsində neft emalı gücünə malik olduğu halda, hazırda neft emalınin həcmi təxminən 6-7 mln. tona bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR