Bank Of Baku

Azərbaycan və Türkmənistan Xəzərdəki «Kəpəz» strukturunun birgə işlənməsinə başlaya bilər

Azərbaycan və Türkmənistan Xəzərdəki «Kəpəz» strukturunun birgə işlənməsinə başlaya bilər
# 27 aprel 2009 12:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan və Türkmənistan arasında mübahisəli olan «Kəpəz» («Sərdar») perspektivli qaz strukturunda yaxın vaxtlarda birgə işlərin aparılmasına başlanıla bilər. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
X.Yusifzadə vurğulayıb ki, ümumiyyətlə, SSRİ dövründə Azərbaycan geoloqları tərəfindən Xəzərin Türkmənistana məxsus sektorunda aparılan işlər sahəsində əməkdaşlıq davam etdirilə bilər. Qeyd edək ki, Xəzərin Türkmənistana aid olan sektorunda «Jdanov» yatağından başqa, bütün yataqlar məhz Azərbaycan geoloqları tərəfindən kəşf edilib. O cümlədən, «Kəpəz» strukturu da vaxtı ilə Azərbaycan neftçiləri tərəfindən kəşf olunub.
Azərbaycanla Türkmənistan arasında olan ortaq xətt üzərində yerləşən «Kəpəz» strukturunun təxmini neft ehtiyatları 50 mln. ton səviyyəsində qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR