Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstanda yeraltı qaz anbarının inşasında iştirak edə bilər

Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstanda yeraltı qaz anbarının inşasında iştirak edə bilər
# 27 aprel 2009 12:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstanda təbii yeraltı qaz anbarının layihələndirmə işlərinin aparılmasına dair elan olunmuş tenderdə iştirak edəcək. «APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan Gürcüstanın energetika naziri Aleksandr Xetaquri bildirib.
Nazirin sözlərinə görə, ARDNŞ qaz anbarının layihələndirmə işlərinin aparılmasında maraqlıdır və tenderdə iştirak edəcək: «Layihələndirmədən sonra biz anbarların tikintisinə dair tender elan edəcəyik ki, burada da ARDNŞ-in iştirakından məmnun olardıq».
A.Xetaquri onu da bildirib ki, anbarın tutumunun tədricən artırılması nəzərdə tutulub. Belə ki, tutumun artırılması şərti olaraq üç mərhələyə bölünəcək: «İlkin mərhələdə anbarın tutumu 450 mln. kubmetr, ikinci mərhələdə 1,5 mlrd. kubmetr, üçüncü mərhələdə isə 5 mlrd. kubmetrədək artırılacaq».
Nazir həmçinin qeyd edib ki, Gürcüstan üçün bu həcmdə qazın olması həddindən artıq çoxdur və məhz buna görə regional miqyasda qazın həcminin satılması məsələsi həll olunacaq: «Biz ARDNŞ qazının həmin anbarda saxlanılması və qazın Avropaya nəql olunması variantlarına baxacağıq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR