Bank Of Baku

Azərbaycan gələn ay «Ümid» yatağında qazma işlərinə başlayacaq

Azərbaycan gələn ay «Ümid» yatağında qazma işlərinə başlayacaq
# 27 aprel 2009 12:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Xəzərin Azərbaycan milli sektorunda yerləşən «Ümid» yatağında qazma işlərinə may ayının sonunda başlanılması planlaşdırılır. «APA-Economics»in bildirdiyinə görə, bu barədə ARDNŞ-in I vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib.
«Ümid» strukturunda 200 mlrd. kubmetr qazın olması proqnozlaşdırılır. X.Yusifzadə isə ehtiyatın bundan çox ola biləcəyini də istisna etməyib.
Yataqdakı ilk platformada 6400 metr dərinliyinə 6 qaz quyusunun qazılması nəzərdə tutulur.
«Ümid» yatağı Bakıdan 80 km cənubda yerləşir.
X.Yusifzadənin sözlərinə görə, bu il «Abşeron» strukturunda da işlərə başlanılması planlaşdırılır. Hazırda bu yataqla bağlı bəzi kommersiya məsələləri müzakirə olunur. Yataqda qazılacaq quyunun yeri təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR