Bank Of Baku

Nazir Natiq Əliyev: «Azərbaycanın ixrac etdiyi təbii qazın qiymətini artırmağa ixtiyarı var»

Nazir Natiq Əliyev: «Azərbaycanın ixrac etdiyi təbii qazın qiymətini artırmağa ixtiyarı var»
# 27 aprel 2009 13:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan hökuməti Bakı-Tiflis-Ərzurum qaz kəməri ilə nəql olunan təbii qazın satış qiymətinin dəyişdirilməsinə dair məsələyə aydınlıq gətirib.
Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, bu məsələyə dair Türkiyə tərəfinin narazılığı üçün səbəb yoxdur. Belə ki, imzalanmış müqaviləyə əsasən, Azərbaycan tərəfi Bakı-Tiflis-Ərzurum boru kəməri ilə nəql olunan təbii qazın qiymətini artıra bilər: «Tam əminliklə deyə bilərəm ki, Azərbaycan tərəfinin təbii qazın qiymətinin artırmasına ixtiyarı var».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR