Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondu yerli KİV üçün seminar keçirəcək

Azərbaycan Dövlət Neft Fondu yerli KİV üçün seminar keçirəcək
# 27 aprel 2009 14:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) yerli kütləvi informasiya vəsaitlərinin nümayəndələri üçün seminar keçirəcək. Bu barədə «APA-Economics»ə ARDNF-dən məlumat verilib.
Mayın 4-də başlayacaq seminar 2 gün davam edəcək. Seminarın keçirilməsində məqsəd ARDNF haqqında KİV nümayəndələrinin daha geniş informasiyaya malik olmalarını təmin etmək, Fond barədə daha peşəkar məlumatların yayılmasına nail olmaq, Fondun ictimaiyyətlə əlaqələrinin inkişafına dair KİV nümayəndələrinin təkliflərinin öyrənilməsi və ictimaiyyətin Fond barədə dəqiq məlumatlandırılmasında KİV nümayəndələri ilə birgə əməkdaşlığa nail olmaqdan ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR