Bank Of Baku

Aleksandr Xetaquri: «İlk öncə Xəzər və Qara dənizlərində inşa olunacaq qaz terminallarının texniki-iqtisadi əsaslandırılması hazırlanmalıdır»

Aleksandr Xetaquri: «İlk öncə Xəzər və Qara dənizlərində inşa olunacaq qaz terminallarının texniki-iqtisadi əsaslandırılması hazırlanmalıdır»
# 27 aprel 2009 14:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Mərkəzi Asiyadan Cənubi Qafqaz vasitə ilə Avropaya təbii qazın nəqlinə dair danışıqlar yalnız Xəzər və Qara dənizlərində inşa olunacaq qaz terminallarının texniki-iqtisadi əsaslandırılması hazır olandan sonra aparıla bilər. «APA-Economics»in məlumatına görə, bunu Gürcüstanın energetika naziri Aleksandr Xetaquri bildirib.
Nazirin sözlərinə görə, terminalların texniki-iqtisadi əsaslandırılması hazır olandan sonra istehlakçı və təchizatçı tərəflər arasında danışıqlara başlanıla bilər: «İstehlakçı rolunda Avropa ölkələri, təchizatçı rolunda isə Azərbaycan və Türkmənistan çıxış edəcək. Gürcüstana gəldikdə isə, biz bütün ölkələrə azad tranzit şəraiti yaradırıq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR