Bank Of Baku

Şahmar Mövsümov: «Azərbaycan Dövlət Neft Fondunun büdcəsinə dəyişikliyin edilməsi məsələsinə baxılmır»

Şahmar Mövsümov: «Azərbaycan Dövlət Neft Fondunun büdcəsinə dəyişikliyin edilməsi məsələsinə baxılmır»
# 27 aprel 2009 14:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcəsinə hər hansı dəyişikliyin edilməsi məsələsinə baxılmır. «APA-Economics»in məlumatına görə, bunu ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib.
ARDNF rəsmisi Fondun aktivlərinin strukturunda dəyişikliklərin edilməsinin də nəzərdə tutulmadığını qeyd edib. Ş.Mövsümovun sözlərinə görə, dünya bazarlarında baş verən böhran hələ də Azərbaycan hökumətini bu kimi məsələlərə mühafizəkar yanaşmağı tələb edir.
Qeyd edək ki, aprelin 1-nə ARDNF-in aktivləri 8 721,4 mln. manata (10 863,9 mln. ABŞ dolları) bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR