Bank Of Baku

Aleksandr Xetaquri: «Azərbaycan iki ildən sonra Türkiyənin elektrik enerjisi bazarına birbaşa çıxış əldə edəcək»

Aleksandr Xetaquri: «Azərbaycan iki ildən sonra Türkiyənin elektrik enerjisi bazarına birbaşa çıxış əldə edəcək»
# 27 aprel 2009 15:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycandan Gürcüstana 500 KV-luq yüksək cərəyanlı elektrik xəttinin bərpasına başlanılıb. Bu barədə «APA-Economics»ə Gürcüstanın energetika naziri Aleksandr Xetaquri məlumat verib.
Nazirin sözlərinə görə, analoji xəttin tikintisi Türkiyə istiqamətində də aparılacaq və artıq 2011-ci ildən etibarən Azərbaycan Türkiyənin elektrik enerjisi bazarına birbaşa çıxış əldə edəcək: «Layihə çərçivəsində Gürcüstanın öhdəliyinə Azərbaycan-Gürcüstan sərhədindən Gürcüstan-Türkiyə sərhədinədək 350 km uzunluğunda elektrik xəttinin çəkilməsi düşür. Bunun icrasına 120 mln. avro xərclənəcək ki, həmin vəsait Gürcüstan şirkətləri tərəfindən ayrılacaq. Gürcüstan ərazisində layihənin ümumi dəyəri isə 220 mln. avro həcmində qiymətləndirilir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR