Bank Of Baku

İran neft istehsal edən Xəzəryanı ölkələrə yeni ixrac variantı təklif edib - EKSKLÜZİV

İran neft istehsal edən Xəzəryanı ölkələrə yeni ixrac variantı təklif edib - <font color=red>EKSKLÜZİV</font>
# 28 aprel 2009 09:13 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə İran Milli Neft Şirkətinin (NICO) korporativ planlaşdırma şöbəsinin direktoru Cəlil Salari məlumat verib.
C.Salarinin sözlərinə görə, həmin məsələ ilə bağlı Azərbaycan tərəfi İrana müraciət edərsə, bu kəmər vasitəsi ilə istehsal etdiyi neftin bir hissəsini Fars körfəzinə çıxara bilər: «Neka terminalında 1,5 mln. barel nefti saxlamaq imkanımız var. Qeyd edim ki, ötən ilin avqust ayında Gürcüstanda yaranmış böhran zamanı Azərbaycan hasil etdiyi neftin bir hissəsini dünya bazarlarına məhz İran ərazisi ilə nəql edib».
C.Salari hazırda Azərbaycan və İranın sektorunda bir sıra birgə layihələri nəzərdən keçirdiklərini qeyd edib.
«Biz Azərbaycan neftinin Təbrizdəki zavodda emalını təklif etmişik. Bu gün İranın 350 min ton Azərbaycan neftini emal etmək imkanları var», - deyə C.Salari vurğulayıb.
Qeyd edək ki, hazırda İranın üzərində işlədiyi Neka-Cask boru kəməri Xəzər hövzəsi neftinin dünya bazarlarına çıxarılmasında Bakı-Tiflis-Ceyhan boru kəmərinə əsas alternativ hesab olunur. Xəzər dənizini Fars körfəzi ilə birləşdirəcək bu kəmərin uzunluğu 1550 km olacaq. Kəmər tikiləndən sonra, gündə 1 mln. barelədək Xəzər neftini Fars körfəzi terminallarına nəql etməyə imkan verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR