Bank Of Baku

Avrasiya neft nəqli dəhlizinin texniki-iqtisadi əsaslandırılması təsdiqlənib

Avrasiya neft nəqli dəhlizinin texniki-iqtisadi əsaslandırılması təsdiqlənib
# 28 aprel 2009 09:21 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. «Sarmatiya» beynəlxalq neft nəqli müəssisəsinin Varşavada (Polşa) keçirilən ümumi iclasında Avrasiya neft nəqli dəhlizinin yaradılması layihəsinin texniki-iqtisadi əsaslandırılması təsdiq olunub. APA-nın məlumatına görə, bunu Ukrayna prezidentinin beynəlxalq enerji təhlükəsizliyi məsələləri üzrə səlahiyyətli nümayəndəsi Boqdan Sokolovski keçirdiyi mətbuat konfransında deyib.
B.Sokolovskinin sözlərinə görə, ildə 40 mln. ton neft nəql etmək şərti ilə Odessa-Brodı-Plotsk-Qdansk kəmərinin inşası layihəsinin maksimal dəyəri 8 mlrd. dollara bərabərdir. B.Sokolovski qeyd edib ki, hətta bu kəmərlə ildə 3,5 mln. ton neft nəql olunaacağı təqdirdə layihə rentabelli olacaq. Bununla yanaşı, Ukrayna ərazisində mövcud olan iki neftayırma zavodunda bu kəmərlə nəql olunan 5 mln. ton nefti emal etməyə hazırdır.
Xatırladaq ki, 2008-ci ilin noyabrında Bakıda keçirilmiş enerji sammitində Bakı-Odessa-Brodı-Plotsk neft nəqli dəhlizinin texniki-iqtisadi əsaslandırılmasının göstəriciləri təsdiq olunub. Layihənin birinci mərhələsinin dəyəri təxminən 1 mlrd. dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR