Bank Of Baku

İran Milli Neft Şirkəti «Şahdəniz» layihəsinin II fazasına sərmayə yatırmağa hazırdır

İran Milli Neft Şirkəti «Şahdəniz» layihəsinin II fazasına sərmayə yatırmağa hazırdır
# 28 aprel 2009 10:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. İran Milli Neft Şirkəti (NICO) Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» layihəsinin ikinci mərhələsinin işlənməsinə investisiya yatırmağa hazırdır. Bu barədə «APA-Economics»ə NICO-nun korporativ planlaşdırma şöbəsinin direktoru Cəlil Salari məlumat verib.
«İran eyni zamanda «Şahdəniz» qazının nəqlinə, qazı tam həcmdə almağa belə hazırıq», - deyə C.Salari vurğulayıb.
C.Salari hazırda qüvvədə olan müqaviləyə əsasən, Azərbaycanın İrana sutkada 3 mln. kubmetr qaz nəql etdiyini vurğulayıb. Bu həcmdən isə 1 mln. kubmetr Naxçıvana ötürülür. NİCO rəsmisi Azərbaycandan alınan qazın qiymətini açıqlamayıb.
Qeyd edək ki, «Şahdəniz» layihəsinin iştirakçıları BP (operator - 25,5%), «Statoil» (25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR