Bank Of Baku

Azərbaycanda rayondaxili paylayıcı elektrik şəbəkələri yenidən qurulacaq

Azərbaycanda rayondaxili paylayıcı elektrik şəbəkələri yenidən qurulacaq
# 20 oktyabr 2009 11:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda rayondaxili paylayıcı elektrik şəbəkələrində enerji ötürmə sisteminin yenidən qurulması planlaşdırılır. «APA-Economics»in bildirdiyinə görə, bu barədə «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev məlumat verib.

E.Pirverdiyevin sözlərinə görə, aparılmış hesablamalara əsasən, 46 rayonda paylayıcı şəbəkənin yenidən qurulması, enerji ötürmə xətlərinin yeniləşdirilməsi üçün ən azı 450-500 mln. ABŞ dolları vəsait lazımdır.

«Bununla bağlı hazırda biz Asiya İnkişaf Bankı ilə müzakirələr aparırıq. Danışıqlar nəticə verərsə, bu layihələrin həyata keçirilməsinə Asiya İnkişaf Bankından uzun müddətə 500 mln. dollar kredit cəlb edəcəyik», - deyə E.Pirverdiyev vurğulayıb.

E.Pirverdiyev əlavə edib ki, paylayıcı şəbəkələrlə yanaşı 80 ildən artıq bir müddətdir istismar olunan I və II Mingəçevir yüksək gərginlikli elektrik verilişi xətlərinin də yeniləşdirilməsi həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR