Bank Of Baku

Azərbaycan prezidenti İsveçrənin enerji, nəqliyyat, kommunikasiya və ətraf mühit üzrə federal müşaviri ilə görüşüb

Azərbaycan prezidenti İsveçrənin enerji, nəqliyyat, kommunikasiya və ətraf mühit üzrə federal müşaviri ilə görüşüb
# 20 oktyabr 2009 12:11 (UTC +04:00)
Bakı-APA. İsveçrə Konfederasiyasında rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu gün İsveçrənin enerji, nəqliyyat, kommunikasiya və ətraf mühit üzrə federal müşaviri Moritz Leuenberger ilə görüşüb. APA-nın “Azərtac”a istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycanla İsveçrə arasında energetika sahəsində əməkdaşlığın hazırkı vəziyyəti barədə fikir mübadiləsi aparılıb. Bu sahədə gələcək əlaqələrin daha da genişlənməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib.

Görüşdə, eyni zamanda, bərpa olunan və alternativ enerji mənbələri sahəsində əməkdaşlıqla bağlı imkanların öyrənilməsi ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR