Bank Of Baku

Türkiyənin enerji naziri: “Azərbaycandan aldığımız qazın qiymətindəki fərqi ödəyəcəyik”

Türkiyənin enerji naziri: “Azərbaycandan aldığımız qazın qiymətindəki fərqi ödəyəcəyik”
# 20 oktyabr 2009 12:14 (UTC +04:00)
Bakı – APA-Economics. Türkiyənin enerji naziri Taner Yıldız Türkiyə ilə Azərbaycan arasında təbii qazın alqı-satqısına dair yeni müqavilənin imzalanması ilə bağlı aparılan danışıqlarla əlaqədar açıqlama verib.

APA-Economics”in Türkiyə mətbuatına istinadən xəbərinə görə, nazir iki ölkənin münasibətlərində qaz alqı-satqısı ilə bağlı yaranmış mövcud durumdan təəssüfləndiyini bildirib: “Azərbaycandan aldığımız qazın qiymətindəki on aylıq fərqi ödəyəcəyik”.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev ötən həftə keçirilən Nazirlər Kabinetinin iclasında Türkiyə ilə tranzit məsələləri həll edilmədiyi üçün Azərbaycanın bir neçə Avropa ölkəsinə qaz sata bilmədiyini və Türkiyəyə qazın dünya bazarındakı qiymətin 30%-i müqabilində satıldığını bəyan etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR