Bank Of Baku

Sumqayıtda da elektron elektrik sayğacları quraşdırılacaq

Sumqayıtda da elektron elektrik sayğacları quraşdırılacaq
# 20 oktyabr 2009 12:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azərenerji» ASC tərəfindən xidmət göstərilən enerji şəbəkələrində bu günədək 160 mindən artıq abonent smart-kartlı elektrik sayğacları ilə təchiz olunub. «APA-Economics»in bildirdiyinə görə, bu barədə «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev məlumat verib.

«Hazırda smart-kartlı sayğacların quraşdırıldığı rayonlarda abonentlərlə heç bir problem yoxdur. Ödənişlər də yüksəkdir», - deyə E.Pirverdiyev vurğulayıb.

«Azərenerji» rəhbərinin sözlərinə görə, 5-6 il əvvəl Gəncə şəhəri ən problemli bölgələrdən olduğu halda, smart-kartlı sayğaclar qurulandan sonra yığım səviyyəsinə görə ilk yerlərdə dayanır.

E.Pirverdiyev hazırda ölkəyə 50 min yeni sayğacın gətirildiyini və bu prosesin digər rayonlarda, o cümlədən ötən həftə «Azərenerji» ASC-nin balansına daxil edilmiş Sumqayıt şəhəri üzrə aparılacağını qeyd edib.

«Azərenerji» prezidenti əhali qrupu və bir sıra dövlət qurumları üzrə yığımda problemlərin tədricən aradan qalxdığını vurğulayıb: «Hazırda yalnız «Azərsu» SC və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə müəyyən problemlər var. Bu problemlərin aradan qaldırılması istiqamətində iş aparılır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR