Bank Of Baku

«Azəriqaz»ın regional bölmələri kompüterləşdirilir

«Azəriqaz»ın regional bölmələri kompüterləşdirilir
# 21 oktyabr 2009 07:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İB-nin regionlarda fəaliyyət göstərən bölmələrində kompüter sisteminin tətbiq olunmasına başlanılıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, bu vaxta qədər regionlarda, rayon və kəndlərdə fəaliyyət göstərən qaz istismar sahələrində abonentlərə xidmət primitiv üsullarla həyata keçirilib. Artıq 56 rayondan 54-nün kompüterlərlə təmin edilməsi prosesi başa çatdırılıb, Naftalan və Kürdəmirdə isə bu istiqamətdə işlər davam etdirilir. Naftalanda kompüterləşmə işinin oktyabrın sonunda, Kürdəmirdə isə 2010-cu ilin əvvəlində başa çatdırılacağı nəzərdə tutulur.

Bununla da abonentlərin istifadə etdikləri təbii qazın qeydiyyatı, uçotu, ödənişlərin poçt və bank bölmələri vasitəsi ilə həyata keçirilməsi üçün növbəti ildən yeni və daha rahat sistem fəaliyyətə başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR