Bank Of Baku

Gələn həftə Xəzər Neft-Qaz Birjasının təqdimatı keçiriləcək

Gələn həftə Xəzər Neft-Qaz Birjasının təqdimatı keçiriləcək
# 21 oktyabr 2009 07:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bakıda Xəzər Neft-Qaz Birjasının rəsmi təqdimatı 2009-cu ilin oktyabrın 26-da keçiriləcək. Birjanın təşkilatçısı olan Xəzər Avropa İnteqrasiya İşgüzar Klubundan «APA-Economics»ə verilən məlumata görə, birja neft və qaz sektoru üçün elektron ticarət meydançası rolunu oynayacaq.

Təqdimatda iştirak etmək istəyənlər [email protected] elektron ünvanına öz adını, vəzifəsini və şirkətin adını göndərməli və qeydiyyatdan keçməlidir. Təqdimat «Park İnn» otelində keçiriləcək.

Xatırladaq ki, Xəzər Neft-Qaz Birjasının yaradılması layihəsi test rejimində www.oil-exchange.com veb-saytında cari ilin sentyabrın 20-də işə salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR