Bank Of Baku

«Bulla Dəniz» yatağında dərin qaz quyusu qazılacaq

«Bulla Dəniz» yatağında dərin qaz quyusu qazılacaq
# 21 oktyabr 2009 07:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) «Bulla Dəniz» yatağında quraşdırılacaq 4 bloklu stasionar platformanın tikintisini başa çatdırıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, platformanın 3 bloku Dərin Özüllər Zavodunda, 1 bloku isə «Neftqaztikinti» Trestinin Zığ tikini-montaj meydançasında inşa edilib. Yaxın günlərdə həmin bloklar «General Əliağa Şıxlinski» dəniz kranı vasitəsi ilə dənizin 34 metr dərinliyində artıq fəaliyyət göstərən 29 saylı platformanın yaxınlığındakı layihə yerində quraşdırılacaq. Yeni platformadan ilk olaraq, 5 700 metr dərinliyində, 90 saylı dərin qaz quyusu qazılması nəzərdə tutulub. Quyunun məhsuldar qatın VIII horizontuna qazılması nəzərdə tutulur. «Nərimanovneft» NQÇİ tərəfindən istismar edilən «Bulla Dəniz» yatağı Azərbaycanda ən böyük qaz tədarükçülərindən biridir. Belə ki, onun platformalarında hər gün 450 min kubmetr qaz hasil edilir. Təbii qaz hasilatının artırılması proqramına əsasən, bu yataqda qaz hasilatı nəzərə çarpacaq dərəcədə artırılacaq.

Qeyd edək ki, 1973-cü ildə aşkar edilən «Bulla-Dəniz» yatağı 1975-ci ildən istismar edilir. Uzunluğu 27 km, eni isə 9 km olan bu yataqda 3 məhsuldar qat mövcuddur. Geoloqların hesablamalarına görə, ehtiyatların çoxu - 17 mlrd. kubmetr qaz dərində yerləşən VIII horizontda yerləşir. Bununla yanaşı, 2013-cü ilə qədər «Bulla» yatağında yeni qaz quyularının qazılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR