Bank Of Baku

Azərbaycanın aparıcı poladəritmə müəssisəsi nominal istehsal gücündən aşağı səviyyədə işləyir

Azərbaycanın aparıcı poladəritmə müəssisəsi nominal istehsal gücündən aşağı səviyyədə işləyir
# 21 oktyabr 2009 14:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın aparıcı poladəritmə müəssisəsi olan «Baku Steel Company» şirkətinin hazırkı istehsal gücü nominal illik istehsal gücündən 100 min ton azdır. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin mətbuat katibi Namiq Əhmədov bildirib.

N.Əhmədovun sözlərinə görə, maliyyə böhranından sonra alıcı qıtlığı ilə əlaqədar şirkətin istehsalı da azalıb. Lakin buna baxmayaq, şirkət ayda 22 min ton, ildə isə 220-250 min ton məhsul istehsal edir: «Qeyd edim ki, zavod yaranan gündən xammal problemi ilə üzləşir. Hazırda zavod tərəfindən qəbul edilən xammaldan asılı olaraq istehsal gücü elə qurulub ki, aylıq 22 min tonu keçmir. Ehtiyatları nəzərə alaraq bunu məcburi qaydada keçməməyə çalışırıq».

Qeyd edək ki, «Baku Steel Company» şirkəti 2001-ci ildən fəaliyyət göstərir. Hazırda zavodda bir adda (tikinti armaturu) müxtəlif çeşiddə məhsul istehsal olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR