Bank Of Baku

Azərbaycan «Neft Daşları»nda yeni neft quyusu istismara verib

Azərbaycan «Neft Daşları»nda yeni neft quyusu istismara verib
# 22 oktyabr 2009 07:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ-in «Neft Daşları» NQÇİ-də yeni - 2284 saylı quyu istismara qəbul olunub. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Quyu 2548 metr dərinlikdən sutkada fontan üsulu ilə 55 ton yüksək keyfiyyətli neft verir. Ehtiyatda daha bir neçə məhsuldar horizont var.

Yeni quyu ARDNŞ-in Kompleks Qazma İşləri Tresti tərəfindən 2006-cı ildə istismara buraxılmış 1887 saylı iri 5 bloklu platformadan qazılıb. Quyunun qazıldığı 5-ci blokda əvvəllər neft çıxarılmayıb. Platforma 36 quyunun qazılması üçün nəzərdə tutulub. Geoloqların proqnozuna əsasən, bu quyuların hər birindən sutkada orta hesabla 30 ton olmaqla, ümumilikdə 1000 tondan çox neft hasil etmək mümkün olacaq. Ötən üç ildə platformadan 20 quyu qazılıb ki, hazırda onlardan 16-sı müvəffəqiyyətlə istismar olunur, 1 quyu isə mənimsəmədədir. Qalan 3 quyuda təmir işlərinə ehtiyac yaranıb.

Qeyd edək ki, son hesablamalara görə, «Neft Daşları»nda və ona bitişik olan perspektivli «Palçıq pilpiləsi» yatağında çıxarıla bilən qalıq neft ehtiyatları 30 mln. ton təşkil edir. Bu isə beynəlxalq normalara əsasən, yeni yatağa bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR