Bank Of Baku

Xəzər Dəniz Neft Donanmasının Gəmi Təmiri Zavodunda bu il 70 gəmi təmir edilib

Xəzər Dəniz Neft Donanmasının Gəmi Təmiri Zavodunda bu il 70 gəmi təmir edilib
# 22 oktyabr 2009 07:46 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-sentyabr aylarında Xəzər Dəniz Neft Donanmasının Gəmi Təmiri Zavodunda 70 gəmi təmir edilib və bu işlərə 18,9 mln. manat xərclənib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Hazırda zavodda 37 gəmi təmirdədir, 16 gəmi isə təmir gözləyir. Bundan əlavə, 2009-cu ilin yanvar-sentyabr aylarında Donanmada ümumi yükdaşımalar üzrə proqnoz ötən ilin müvafiq dövründən 13,2% çox yerinə yetirilib. İl ərzində görülmüş işlərin həcmi 473 811 ton olub. Daşınan yüklərin əsas hissəsini metal konstruksiyalar, tikinti materialları, borular, dizel yanacağı, içməli su və s. təşkil edib.

Qeyd edək ki, hazırda ARDNŞ-in struktur bölmələrindən olan Xəzər Dəniz Neft Donanmasının balansında ümumi yükqaldırma qabiliyyəti 83 910,6 ton olan müxtəlif tipli 256 gəmi və 7 ədəd üzən vasitə (üzən emalatxana və tərsanə) var. Onlardan da 195-i istismarda, 9-u isə icarədədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR