Bank Of Baku

Azərbaycanın aparıcı sement istehsalçısı 2011-ci ildə istehsal gücünü 30% artıracaq

Azərbaycanın aparıcı sement istehsalçısı 2011-ci ildə istehsal gücünü 30% artıracaq
# 22 oktyabr 2009 07:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın ən iri sement istehsalçısı olan «Qaradağ Sement» Açıq Səhmdar Cəmiyyəti (ASC) 2011-ci ilin II rübündə quru üsullu soba layihəsinin icrasını başa çatdıracaq.

Şirkətin satış meneceri Elşad Məmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, layihənin icrası üçün Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), həmçinin Azərbaycan İnvestisiya Şirkəti tərəfindən maliyyə vəsaiti ayrılıb.

E.Məmmədovun sözlərinə görə, quru üsullu soba layihəsi yekunlaşdıqdan sonra şirkətin illik istehsal gücü 30% artaraq 1,7 mln. tona çatacaq. Eyni zamanda, elektrik enerjisinə qənaətlə yanaşı, ətraf mühitə tullantılar azaldılacaq.

Qeyd edək ki, hazırda şirkət klinker istehsalı üçün nəzərdə tutulan 1950-1960-cı illərdə tikilmiş 4 nəm üsullu sobalardan istifadə edir. Bu nəm sobaların gündəlik istehsal gücü 2,6 min ton klinker təşkil edir. Lakin 2011-ci ildə istifadəyə veriləcək yeni quru sobaların hər biri gündə 4 min ton klinker istehsal edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR