Bank Of Baku

Azərbaycanda IPI indeksi sentyabrda kəskin azalıb

Azərbaycanda IPI indeksi sentyabrda kəskin azalıb
# 22 oktyabr 2009 07:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda Sənaye İstehsalı İndeksi (Industrial Production Index – IPI) 2009-cu ilin sentyabr ayında 90,5% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, cari ilin avqust ayında bu indeks 113,3%-ə bərabər olub.

IPI indeksi hesabat ayında istehsal olunmuş sənaye məhsulunun pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə faizlə ifadə olunan nisbəti kimi hesablanır. Yəni, indeks sentyabr ayında istehsal edilmiş məhsulun dəyəri (2 048,2 mln. manat) avqust ayında istehsal olunmuş məhsulu dəyərinə (2 263,7 mln. manat) bölünməklə çıxarılır.

Beləliklə, avqust ayında müşahidə olunan sənaye istehsalının artmasından sonra sentyabrda bu makroiqtisadi göstəricinin azalması baş verib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2009-cu ilin yanvar-sentyabr aylarında ölkə sənayesində 15 624,9 mln. manat həcmində və ya ötən ilin eyni dövrü ilə müqayisədə 5% çox sənaye məhsulu istehsal edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR