Bank Of Baku

Azərbaycanın aparıcı polad istehsalçısı ilin sonunadək qiymətləri sabit saxlayacaq

Azərbaycanın aparıcı polad istehsalçısı ilin sonunadək qiymətləri sabit saxlayacaq
# 22 oktyabr 2009 08:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın ən iri polad istehsalçısı olan «Baku Steel Company» şirkəti 2009-cu ilin sonuna kimi armaturun qiymətində dəyişiklik etməyəcək. «APA-Economics»in məlumatına görə, bunu şirkətin mətbuat katibi Namiq Əhmədov bildirib.

N.Əhmədovun sözlərinə görə, hazırda armaturun 1 tonunun qiyməti 530 manat təşkil edir və ilin sonunadək bu qiymət dəyişməz qalacaq.

Qeyd edək ki, «Baku Steel Company» şirkəti 2001-ci ildən fəaliyyət göstərir. Hazırda zavodda bir adda (tikinti armaturu) müxtəlif çeşiddə məhsul istehsal olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR