Bank Of Baku

Azərbaycanın magistral kəmərləri ilə neftin nəqli yanvar-sentyabr aylarında 10% artıb

Azərbaycanın magistral kəmərləri ilə neftin nəqli yanvar-sentyabr aylarında 10% artıb
# 22 oktyabr 2009 13:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 38 mln. ton neft nəql edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 10,3% çoxdur.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin ¾ hissəsi ölkənin əsas nəqliyyat infrastrukturlarından olan Bakı-Tiflis-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və ötən aylar ərzində kəmər vasitəsilə 28,7 mln. ton neft ötürülüb. Ötən ilin eyni dövrü ilə müqayisədə BTC ilə nəql olunan neftin həcmi 10,4% artıb. Bununla yanaşı hesabat dövründə BTC kəməri ilə 1,3 mln. ton Qazaxıstan nefti nəql edilib.

Bundan başqa, 2009-cu ilin ilk doqquz ayı ərzində Azərbaycanda magistral qaz kəmərləri ilə 8,6 mln. ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,7% çox qaz nəql edilib. Nəql edilmiş qazın 1/3 hissəsi Bakı-Tiflis-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərdən istifadə etməklə 3,8 mlrd. kubmetr və ya ötən ilin eyni dövründən 11,7% çox qaz ötürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR