Bank Of Baku

ARDNŞ yeni neft quyusunu tikintidən sonra istismara daxil edib

ARDNŞ yeni neft quyusunu tikintidən sonra istismara daxil edib
# 22 oktyabr 2009 15:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ-nin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi “Palçıq Pilpiləsi” yatağında 1146 nömrəli özüldən 1325 nömrəli quyunu tikintidən sonra istismara daxil edib.

Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib. Quyu 1697-1689 metr intervalda Qala-2 Lay Dəstəsindən sutkada 18 ton neft verir.

Qeyd edək ki, 1325 nömrəli quyuda qazma işləri 2007-ci ilin may-iyul aylarında “Neft Daşları” Dəniz Qazma İşləri İdarəsi tərəfindən həyata keçirilib. Lakin mənimsənilmə prosesi uzandığından, quyu istismar fonduna daxil edilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR