Bank Of Baku

Bakıda yeraltı və yerüstü orta və aşağı təzyiqli qaz kəmərlərində təmir-bərpa işləri aparılır

Bakıda yeraltı və yerüstü orta və aşağı təzyiqli qaz kəmərlərində təmir-bərpa işləri aparılır
# 23 oktyabr 2009 06:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyinin Bakı şəhəri Qaz İstismarı İdarəsi yeraltı və yerüstü orta, həmçinin aşağı təzyiqli qaz kəmərlərində təmir-bərpa işləri aparır. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Təmir-bərpa işlərindən sonra kəmərlərdən qaz oğurluğu minimuma enəcək.

Tədbirlər çərçivəsində əvvəllər həyətlərdə və mənzillərdə quraşdırılmış məişət qaz sayğacları küçəyə çıxarılır. Nizami rayonu Keşlə qəsəbəsindəki Q.Vəliyev, Y.Səfərov və İ.Həbibov küçələrindəki fərdi yaşayış evlərinin həyətlərindən qaz sayğacları küçəyə çıxarılıb, eyni zamanda 353 metr uzunluğunda 76 mm-lik qaz xətləri çəkilib. Tikinti işləri «LTTQ» MMC tərəfindən aparılıb. Bundan əlavə, «Elşən İnşaat» MMC tərəfindən həmin qəsəbənin A.Mirzəyev küçəsindəki fərdi yaşayış evlərində 210 metr uzunluğunda 76 mm-lik və 30 metr uzunluğunda 57 mm-lik qaz xətləri çəkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR