Bank Of Baku

Yanvar-sentyabr aylarında Azərbaycanda istehlakçılara 4,6 mln. ton neft məhsulları göndərilib

Yanvar-sentyabr aylarında Azərbaycanda istehlakçılara 4,6 mln. ton neft məhsulları göndərilib
# 23 oktyabr 2009 07:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlakçılara (ixrac da daxil olmaqla) 4,6 mln. ton neft məhsulları göndərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, neft məhsullarının 60,4%-i daxili bazarın tələbatının ödənilməsinə yönəldilib, 39,6%-i isə ixrac olunub. Neft məhsullarının 36,6%-ni dizel yanacağı, 19,8%-ni avtomobil benzini, 11,4%-ni aviasiya üçün və sair ağ neft, 6%-ni mazut yanacağı, 4%-ni neftbitum, 3%-ni mayeləşdirilmiş qazlar, 0,6%-ni sürtgü yağları, 18,6%-ni isə digər məhsullar təşkil edib.

Hesabat dövründə ölkə istehlakçılarına 2,8 mln. ton neft emalı məhsulları göndərilib. Cari ilin eyni dövrü ilə müqayisədə istehlakçılara neft bitumu 30,8%, avtomobil benzini 8,1% çox, mazut yanacağı 70,8%, aviasiya üçün və sair ağ neft 30,5%, dizel yanacağı 26,3%, sürtgü yağları 16,8%, mayeləşdirilmiş qazlar 1,4%, digər neft məhsulları isə 3,8% az göndərilib.

Qeyd edək ki, 2009-cu ilin yanvar-sentyabr aylarında neft emalı zavodlarından daxil olan 85,4% avtomobil benzini, 48,4% mazut yanacağı, 35,9% dizel yanacağı, 43,4% sürtgü yağları, 8,2% ağ neft özəl təşkilatlara realizə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR