Bank Of Baku

Azərbaycanda mal ehtiyatları indeksi kəskin artıb

Azərbaycanda mal ehtiyatları indeksi kəskin artıb
# 23 oktyabr 2009 09:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalında mal ehtiyatları indeksi 2009-cu ilin oktyabr ayının 1-nə müsbət 23,8% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks sentyabrın 1-nə mənfi 10,9%-ə bərabər olub.

Mal ehtiyatları indeksi sənaye müəssisələrinin anbarlarında olan hazır məhsul ehtiyatının ay ərzində artıb-azalma həcminin həmin ayın əvvəlinə olan ehtiyatın həcminə nisbəti kimi hesablanır və hazır məhsul ehtiyatının ay ərzində dinamikasını əks etdirir.

Qeyd edək ki, sənaye istehsalında mal ehtiyatları indeksinin artması, hətta olun müsbət rəqəmlə ifadə olunması mal ehtiyatlarının artmasını göstərir, bu da öz növbəsində makroiqtisadi baxımdan mənfi indikator kimi hesab olunur, çünki birmənalı olaraq son istehlakın azalmasını əks etdirir.

Azərbaycanda 2009-cu il oktyabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 228,2 mln. manatlıq və ya sentyabr ayının əvvəli ilə müqayisədə 43,8 mln. manat çox hazır məhsul ehtiyatı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR