Bank Of Baku

Azərbaycanın emal sənayesində istehsalın həcmi 7% azalıb

Azərbaycanın emal sənayesində istehsalın həcmi 7% azalıb
# 23 oktyabr 2009 11:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk üç rübü ərzində Azərbaycanın emal sənayesində istehsalın həcmi ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 7% azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə emal sənayesində istehsal işlərinin 61,4%-i qeyri-dövlət sahibkarlıq subyektləri və ev təsərrüfatları tərəfindən həyata keçirilib.

Yanvar-sentyabr aylarında qida məhsullarından - ət istehsalı 5%, balıq məhsulları istehsalı 9%, pivə istehsalı 16,6%, çay istehsalı 9,3% və s. məhsulların istehsalı artıb.

İşçilərin sayına görə emal sənayesində ən böyük paya (22,8%) malik olan qida məhsullarının istehsalı müəssisələrində 2009-cu ilin yanvar-avqust aylarında 19,2 min nəfər çalışıb və onların orta aylıq əmək haqqı 7,4% artaraq 164,8 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR