Bank Of Baku

Naxçıvanda Çin avtomobilləri istehsal ediləcək

Naxçıvanda Çin avtomobilləri istehsal ediləcək
# 24 oktyabr 2009 09:24 (UTC +04:00)
Naxçıvan. Elmar Hüseynov – APA. Noyabr ayında Naxçıvanda Çin Xalq Respublikasının “Lifan” firmasının istehsalı olan “Lifan 620”, “Lifan 520”, “Lifan 320” və “Lifan 520” markalı avtomobillərin istehsalına başlanması nəzərdə tutulur. Naxçıvan Avtomobil Zavodu MMC-nin icraçı direktoru Musa Abdullayevin APA-nın yerli bürosuna verdiyi məlumata görə, artıq 108 avtomobilin istehsalı üçün ehtiyat hissələri zavoda gətirilib. İlin axırınadək daha 108 komplekt gətiriləcək. Zavoda gətirilmiş mühərriklərin 65-i Almaniyanın BMW, qalanı isə “Lifan” firmasının istehsalıdır. Çindən dəvət olunmuş mütəxəssislər noyabr ayının birinci ongünlüyündə Naxçıvana gələcəklər.

Xatırladaq ki, zavodda 50 nəfər işlə təmin olunacaq. Burada ildə 15 minə yaxın avtomobil istehsal edilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR