Bank Of Baku

Azərbaycanın neft emalı müəssisələrində istehsalın həcmi 9% azalıb

Azərbaycanın neft emalı müəssisələrində istehsalın həcmi 9% azalıb
# 26 oktyabr 2009 07:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın neft emalı müəssisələrində istehsalın həcmi əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 9,1% az olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, oktyabrın 1-i vəziyyətinə neft emalı müəssisələrinin anbarlarında 36,3 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 15,9%-i qədər hazır məhsul olub.

Cari ilin yanvar-avqust aylarında isə neft emalı müəssisələrində 5 690 nəfər çalışıb və onların orta aylıq əmək haqqı 23,2% artaraq 513,2 manat təşkil edib. Bu da emal sənayesi sahələri arasında ən yüksək göstəricidir.

Qeyd edək ki, ümumiyyətlə, 2009-cu ilin ilk üç rübü ərzində Azərbaycanın sənaye sahəsi ötən ilin eyni dövrü ilə müqayisədə 5% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR