Bank Of Baku

Azərbaycanın kimya sənayesi müəssisələrində istehsalın həcmi son bir ildə 43% azalıb

Azərbaycanın kimya sənayesi müəssisələrində istehsalın həcmi son bir ildə 43% azalıb
# 26 oktyabr 2009 07:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk üç rübü ərzində Azərbaycanda fəaliyyət göstərən kimya sənayesi müəssisələrində əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə məhsul istehsalı 43,3%, rezin və plastik kütlə məmulatları istehsal edən müəssisələrdə isə istehsalın həcmi 13% azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, sentyabr ayında müəssisələrin anbarlarında saxlanılan hazır məhsul ehtiyatının həcmi 1,2 mln. manat artaraq, 2009-cu il oktyabrın 1-i vəziyyətinə 23,7 mln. manat olub və bütövlükdə ölkə sənayesi üzrə hazır məhsul ehtiyatının 10,9%-ni təşkil edib.

Qeyd edək ki, kimya sənayesi müəssisələrində 2009-cu ilin yanvar-avqust aylarında işləyən 8 599 nəfərin və rezin-plastmas məmulatları istehsalı sahəsində çalışan 2 552 nəfərin orta aylıq əmək haqqı müvafiq olaraq 238,3 manat və 188,8 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR