Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti Qaradağ yeraltı qaz anbarını yenidən qurur

Azərbaycan Dövlət Neft Şirkəti Qaradağ yeraltı qaz anbarını yenidən qurur
# 26 oktyabr 2009 08:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Qəbul Komissiyası «Qaradağ yeraltı qaz anbarında qazpaylama məntəqəsinin tikintisi» və «Qaradağ yeraltı qaz anbarının yenidən qurulması ilə əlaqədar təmir olunan qaz quyularının ətrafının abadlaşdırılması və quyulara gedən yolların tikintisi» obyektlərini istismara qəbul edib.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, Qaradağ yeraltı qaz anbarında ARDNŞ-in «Neftqazelmitədqiqatlayihə» İnstitutunun layihəsi əsasında aparılan yenidənqurma işlərinə sifarişçi qismində Şirkətin Qaz İxracı İdarəsi, icraçı kimi isə «Neftqaztikinti» Tresti, «Azneft» İB, Geofizika və Geologiya İdarəsi və Kompleks Qazma İşləri Tresti cəlb edilib. Ötən müddət ərzində «Neftqazelmitədqiqatlayihə» İnstitutu qaz anbarının aktiv qaz həcminin 2,3 mlrd. artırılması məqsədilə yenidənqurma işlərinin texniki iqtisadi əsaslandırılmasını işləyib. Nəzərdə tutulmuş işlərin iki mərhələdə həyata keçirilməsi məqsədəuyğun hesab edilib. Belə ki, birinci mərhələdə quyuların əsaslı təmir edilməsi, yerüstü kommunikasiyaların və kompressor stansiyasının inşası, bunun nəticəsində isə anbarlara vurulan qazın gündəlik həcminin 7 mln. kubmetrə çatdırılması nəzərdə tutulurdu. Bu məqsədlə, təsdiq edilmiş layihə tapşırıqlarına uyğun olaraq, «Neftqazelmitədqiqatlayihə» İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış layihə sənədləri əsasında anbarlara qazın vurulması üçün qazpaylama məntəqəsi tikilmiş, təmir olunan qaz quyularının ətrafı abadlaşdırılıb. Qaradağ yeraltı qaz anbarında istifadəyə verilmiş qazpaylama məntəqəsi 32 quyu vasitəsi ilə yaz-yay mövsümündə laylara qazın vurulması, payız-qış mövsümündə isə həmin qazın qəbul edilərək istehlakçılara çatdırılmasını təmin etmək məqsədi ilə inşa edilib. Obyekt magistral qaz kəmərlərindən, giriş kranlar blokundan, quyu xətlərindən (şleyflərdən), separator blokundan, yanğına qarşı su hovuzu və nasoslardan, operator otağı və s. tikili və qurğulardan ibarətdir. Qaradağ yeraltı qaz anbarının yenidənqurma prosesinin birinci mərhələsi 2010-cu ilin I rübündə tikilib istifadəyə veriləcək kompressor stansiyası ilə yekunlaşır ki, bu da ARDNŞ-ə anbara vurulacaq qazın miqdarını 1,45 mlrd. kubmetrə çatdırılmasına imkan verəcək.

Hazırda üç kompressor aqreqatı alınıb və xarici mütəxəssislərlə birlikdə onun quraşdırılması işləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR